Xəbər lenti

Türkiyədə iki azərbaycanlı saxlanıldı
Dünya06:33 17.10.2014

Türkiyədə iki azərbaycanlı saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyədən Avropaya qanunsuz yolla qaçqınların keçirilməsini təşkil edən iki azərbaycanlı saxlanılıb.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyə Sahil Təhlükəsizliyi tərəfindən ötən gün “İdea-1” adlı qayıqla Avropa ölkələrinə keçmək istəyən Suriya, İraq, Birma və Eritreyadan olan 81 nəfər qaçqın saxlanılıb. Aparılan araşdırmalar zamanı onların Türkiyə üzərindən Avropaya qaçırılmasını təşkil edən və Azərbaycandan olan 53 yaşlı T. K. ilə 45 yaşlı R. İ. həbs olunub.
 
Sərhədi pozan qaçqınlar verdikləri ifadədə ölkələrindəki mövcud vəziyyətdən qaçaraq Avropa ölkələrinə getmək istədiklərini söyləyiblər.

Qaynar.info