Xəbər lenti

Türkiyədə kütləvi etirazlar yenidən başlayır
Dünya17:32 27.06.2013

Türkiyədə kütləvi etirazlar yenidən başlayır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyədə etiraz dalğası səngimək bilmir. Modern.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, Taksim etirazlarının təşkilatçıları iyunun 29-a yeni aksiya təyin ediblər.

Türkiyə xalqını yenidən etiraza səsləyən təşkilatçılar “Gəzi” olaylarında həbs olunan insanların azadlığa buraxılmasını tələb  ediblər. Bildirilib ki, aksiya iştirakçıları azadlığa buraxılmayanadək kütləvi etirazlar davam etdiriləcək.
 
Qeyd edilib ki, növbəti aksiya şənbə günü Taksimdə keçiriləcək.

Qaynar.info