Xəbər lenti

Türkiyədə mədəndə partlayış oldu - Yaralılar var (FOTO)
Dünya06:12 06.11.2022

Türkiyədə mədəndə partlayış oldu - Yaralılar var (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin Zonquldağ əyalətinin Kilimli rayonunda mədəndə partlayış baş verib. 
Qaynarinfo Haber Global-a istinadən xəbər verir ki, partlayış zamanı 4 işçi yaralanıb. Onlardan ikisinin səhhətinin ağır olduğu bildirilir. 
Məlumata görə, dərhal əraziyə Türkiyə Daşkömür Qurumunun (TTK) xilasetmə qrupu ilə yanaşı, polis və tibbi yardım komandaları da cəlb olunub. 
Partlayışın hansı səbəblərdən baş verməsi isə hələlik məlum deyil.