Xəbər lenti

Türkiyədə növbəti prezident kim olacaq? - VİDEO
Dünya19:48 09.04.2014

Türkiyədə növbəti prezident kim olacaq? - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Türkiyədə əksəriyyət Rusiya variantının işləyəcəyinə inanır, düşünülür ki, seçkilərdə Ərdoğanla Gül sadəcə yerlərini dəyişəcəklər

Türkiyə bələdiyyə seçkilərini adlayan kimi baş nazir Rəcəb Tayyib Ərdoğan prezident olmaq ididasını ortaya qoydu. Azərbaycana səfəri öncəsi 24 qəzet müxbirinin qatıldığı ziyafətdə Ərdoğan prezident ola biləcəyini dilə gətirdi. Türk mətbuatı isə bu məsələni “Cümhurbaşqanlığı seçimi çox sərt və hızlı başladı” adı altında gündəmə gətirdi. Amma əlbəttə ən maraqlı reaksyia Abdulla Güldən gəldi. Prezident bu məsələdə onun verəcəyi qərarın əsas olduğunu elə gülə-gülə diqqətə çatdırdı. 

Abdulla Gül sözlərinə görə, yerli seçkilərdən sonra prezident seçkilərinin keçirilməsi və bu seçkilərə 4-5 ay vaxt qaldığı üçün bunun müzakirə olunacağı aydın idi: “Ona görə mən də bu məsələni müzakirə etmək vaxtı gəldiyini bildirdim. Bundan əlavə, mənimlə bağlı məsələləri isə baş nazir başda olmaqla yaxın adamlarla danışacam. Bir daha demək istəyirəm ki, mənimlə bağlı qərar üşün mənim nə deyəcəyim mühüm olacaq.”

Bu gün Türkiyədə əksəriyyət Rusiya variantının işləyəcəyinə inanır. Yəni düşünülür ki, seçkilərdə Ərdoğanla Gül sadəcə yerlərini dəyişəcəklər. Bunu müxalifətin liderllərindən olan Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı sərt şəkildə tənqid edib: “77 milyonluq ölkədə prezidentliyə 2 nəfərin irəli sürülməsi suverenlik anlayışına ziddir. Abdulla Gül də üstörtülü şəkildə “seçkilərdə mən də varam” dedi. İndi hər yuxusu qaçan prezident seçkilərindən danışır. Fikirləşirəm ki, bunları danışmaq hələ tezdir. Bu mövzunun bir neçə ay əvvəldən gündəmə gətirilməsi sual doğuran haldır”. 

Baş nazir Rəcəb Tayyip Ərdoğanın cavabı isə "yanılırsız, məndən çox gözəl cümhurbaşqanı olar" təəssüratı yaradır. 

Beləcə Türkiyə indidən seçki eyforiyasındadır. Bu seçkilər kimi güldürəcək, bunu tək avqustun istisinə yox, həm də türk xalqının isti münasibətinə və iradəsinə buraxaq.//ANS TV