Xəbər lenti

Türkiyədə polis avtomobilinə hücum edildi - Yaralılar var
Dünya05:31 16.12.2022

Türkiyədə polis avtomobilinə hücum edildi - Yaralılar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyədə Diyarbakır-Mardin yolunda polisləri daşıyan avtomobilin yaxınlığında partlayış törədilib.
Qaynarinfo "TRT Haber”ə istinadən xəbər verir ki, içərisində polislərin olduğu xidmət avtomobili hərəkət edərkən yol kənarında içərisində bomba olan digər bir maşın partladılıb. 
Hadisə nəticəsində 9 nəfər yaralanıb. 
Hücumla bağlı açıqlama verən Türkiyənin daxili işlər naziri Süleyman Soylu hadisəni törətməkdə şübhəli bilinən 2 nəfərin saxlanıldığını bildirib. 
İnsidentlə bağlı araşdırma davam edir.