Xəbər lenti

Türkiyədə polislərə hücum edən iki azərbaycanlı tutulub
Dünya05:18 26.03.2014

Türkiyədə polislərə hücum edən iki azərbaycanlı tutulub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Polisə açılan atəş nəticəsində iki polis nəfəri və bir yük maşını sürücüsü dünyasını dəyişib

Türkiyənin Niğde şəhərində baş verən polislə qarşıdurmada təqsirləndirilən şübhəli şəxslər saxlanılıb.

ANS PRESS-in xəbərinə görə, martın 20-də Türkiyənin Niğde şəhərində polis yoxlanışı zamanı avtomobildə olan 3 silahlı təhlükəsizlik qüvvələrinə müqavimət göstərib.

Polisə açılan atəş nəticəsində iki polis nəfəri və bir yük maşını sürücüsü dünyasını dəyişib.

Baş verən qarşıdurmada 2 təqsirli şəxs yaralı olaraq ələ keçirilmiş, digəri isə ertəsi gün Köşkönü kəndində yaxalanıb.

Təqsirli bilinərək həbs olunan 3 nəfərdən ikisinin Azərbaycan əsilli olduğu bildirilir. Saxlanılanlar barəsində həbs qəti-imkan tədbirləri seçilib.

Qaynar.info