Xəbər lenti

Türkiyədə Rusiya casusu olduğu iddia edilən şəxs saxlanılıb
Dünya06:10 24.04.2016

Türkiyədə Rusiya casusu olduğu iddia edilən şəxs saxlanılıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İstanbul polisi Rusiya casusu olduğu  və bu ölkədəki çeçenlərə qarşı sui-qəsd törətmək məqsədi ilə Türkiyəyə gəldiyi iddia edilən Makharbi İsayevi saxlayıb.

APA-nın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə,  aprelin 11-də İstanbula gələn 1989-cu il təvəllüdlü M. İsayev İstanbulun Fatih rayonundakı bir oteldə saxlanılıb.

Şübhəli M. İsayevin oteldəki nömrəsində çiyin çantasında Vizor markalı tapança da aşkarlanıb. Türkiyə Milli İstihbarat (kəşfiyyat) Təşkilatının (MİT) da iştirakı ilə M. İsayevlə bağlı araşdırma aparılır.

Qeyd edək ki, aprelin 8-də İstanbulda MİT və İstanbul polisinin apardığı birgə əməliyyat zamanı çeçen komandirlərdən olmuş Vahid Edelgirievin öldürülməsində iştirak etdikləri ilə əlaqədar Yurii Anisimov və Aleksandr Smirnov saxlanılıb. Rusiya casusu olduqları iddia edilən bu iki şəxsin yeni sui-qəsd həyata keçirmək planları olduğu bildirilib. 

Qaynarinfo.az