Xəbər lenti

Türkiyədə seçki günü qadağaları: İçki, toy... (SİYAHI)
Dünya06:53 14.05.2023

Türkiyədə seçki günü qadağaları: İçki, toy... (SİYAHI)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyədə səs vermə günü üçün əsas qadağaların siyahısı açıqlanıb.
Qaynarinfo xəbər verir ki, bu haqda Türkiyənin Ali Seçki Şurası (YSK) tərəfindən bildirilib.
- Seçki günü saat 06.00-dan 24.00-dək spirtli içkilərin satışı qadağan ediləcək.
- Yaşayış məntəqələrində təhlükəsizliyin və asayişin qorunmasına cavabdeh olan şəxslərdən başqa heç kim silah gəzdirə bilməyəcək.
- Seçki günü qəhvəxana, internet kafe kimi bütün ictimai əyləncə yerləri bağlı olacaq.
- Əyləncə məkanı olan restoranlarda yalnız yeməklər verilə bilər.
- Seçki günü saat 18:00-a kimi toyların keçirilməsi qadağandı.
- YSK-nın qərarlarına əsasən, saat 18:00-a qədər mətbuatda seçkilər və onların nəticələri ilə bağlı proqnoz və şərh vermək qadağan olunacaq.
- Saat 18.00-21.00 arasında YSK-nın seçki ilə bağlı verəcəyi xəbərlər və bildirişlər dərc olunacaq.
- Saat 21:00-dan sonra bütün yayımlar pulsuz olacaq, YSK bu vaxtı daha erkən təyin edə biləcək.
- Prezident seçkiləri ikinci tura keçərsə, mayın 28-də də eyni müddəalar tətbiq olunacaq.
Səs verə bilməyən şəxslər aşağıdakılardır:
- Hərbi təhsil müəssisələrinin tələbələri;
- Penitensiar müəssisələrdə olan məhkumlar;