Cümə axşamı günü xaricdəki Türkiyə vətəndaşları ümummilli seçkilərdə səs verməyə başlayıblar.
Qaynarinfo xəbər verir ki, bu barədə AR agentliyi məlumat yayıb .
Xaricdəki 3,4 milyona yaxın Türkiyə vətəndaşı mayın 9-dək seçkilərdə səs verə bilər. Türkiyənin özündə səsvermə yalnız mayın 14-də keçiriləcək.
Türkiyədə keçirilən son rəy sorğuları Ərdoğanın əsas rəqibi, müxalifət lideri Kamal Kılıçdaroğlunun cüzi üstünlüyünü göstərib.
Namizədlərdən heç biri səslərin mütləq əksəriyyətini toplamasa, prezident seçkilərinin ikinci turu mayın 28-də keçiriləcək. Bu halda xaricdə səsvermə mayın 20-24-nə təyin edilib.
Nizami Bağırov