Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 22 327 nəfərə çatıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca canlı yayımda məlumat verib.
Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 80 278 nəfər yaralanıb.
18:10
Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 21 848 nəfərə çatıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.
Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 80 104 nəfər yaralanıb.
15.20
Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 20 937 nəfərə çatıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
80 088 nəfər yaralı var. Zəlzələ bölgəsindən 102 388 nəfər təxliyə olunub.
09.48
Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 20 665 nəfərə çatıb.
Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Təbii fəlakət nəticəsində 80088 nəfər yaralanıb.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 bal gücündə zəlzələ baş verib. Bundan sonra daha bir neçə güclü təkan qeydə alınıb. Təbii fəlakət Kahramanmaraş, Kilis, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya və Hatayda böyük dağıntılara səbəb olub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.
Aydın