Xəbər lenti

Türkiyədə Ukrayna taxılı üçün mərkəz yaradılır
Dünya18:32 13.07.2022

Türkiyədə Ukrayna taxılı üçün mərkəz yaradılır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyədə Ukrayna taxılına dair koordinasiya mərkəzi yaradılacaq.
Qaynarifo xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar məlumat verib.
O bildirib ki, razılıq Türkiyə, Rusiya və Ukrayna heyətləri ilə BMT-nin nümayəndələri arasında İstanbulda baş tutan görüşdə əldə olunub.
Akar deyib ki, dördtərəfli görüşdə limanların çıxış - girişlərində birgə nəzarət və transfer marşrutları boyunca naviqasiya təhlükəsizliyinin təmin edilməsi kimi texniki məsələlərlə bağlı razılıq əldə edilib.