Xəbər lenti

Türkiyədəki partlayışda ölənlərin sayı 275 nəfərə çatdı
Dünya20:41 14.05.2014

Türkiyədəki partlayışda ölənlərin sayı 275 nəfərə çatdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyənin Manisa vilayətinin Soma rayonu ərazisindəki kömür mədənində baş verən qəzada ölənlərin sayı 275-ə çatıb.

APA-nın Associated Press agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bildirib.

İlkin ehtimala görə, hadisəyə qısaqapanma səbəb olub, bu da yanğına və partlayışa gətirib çıxarıb. Partlayış yerində xilasetmə işləri davam etdirilir.

Qeyd edək ki, 1941-ci ildən etibarən Türkiyə mədənlərində 3 mindən çox adam ölüb.

Qaynar.info