Xəbər lenti

Türkiyədən şok: Terrorçunun mülkünə qoyulan həbs ləğv edildi
Dünya14:37 29.08.2014

Türkiyədən şok: Terrorçunun mülkünə qoyulan həbs ləğv edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyə Nazirlər Kabineti Əl-Qaidənin qurucularından olan Val Həmzə Abd-al Fatah Culaydanın mülkünə qoyulan həbsi ləğv edib.

Axar.az xəbər verir ki, Nazirlər Kabinetinin bu qərarı ləğv etməsinə səbəb Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 26 avqustda qəbul etdiyi Val Həmzə Abd-al Fatah Culaydanın sanksiya siyahısından çıxarılması qərarı olub.

Xatırladaq ki, 1958-ci ildə Səudiyyə Ərəbistanının Mədinə şəhərində doğulan Culaydan 1988-ci ildə Usamə bin Laden və Abdullah Yusuf Azzam ilə birlikdə Əl-Qaidəni qurub. Eyni zamanda Culaydan 1984-ci ildə Əfqanıstanda qurulan “Xidmət məktəbi” təşkilatının təsisçisidir.

Qaynar.info