Dünya 12:56 26.03.2024

Türkiyənin 30 şəhərində İŞİD əməliyyatı: 147 nəfər saxlanıldı (YENİLƏNİB/VİDEO)

Türkiyənin 30 şəhərində İŞİD-ə qarşı əməliyyatlar keçirilib.

Qaynarinfo "Anadolu Agentliyi"nə istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

Nazir bildirib ki, 30 şəhərdə İŞİD-ə qarşı keçirilən "Bozdoğan-17" əməliyyatı çərçivəsində 147 şübhəli şəxs saxlanılıb.

Ali Yerlikaya həmçinin qeyd edib ki, 2023-cü ilin 1 iyunundan 2024-cü ilin 25 martına qədər İŞİD-ə qarşı 1329 əməliyyat keçirilib, ümumilikdə 2 min 919 şübhəli şəxs saxlanılıb. 
 
11.10

İstanbulda İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.

Qaynarinfo Anadolu Agentliyinə istinadən xəbər verir ki, İstanbul Respublika Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətlər üzrə İstintaq Bürosu tərəfindən aparılan araşdırmada 27 nəfərin terror təşkilatı İŞİD-ə bağlı fəaliyyətlər həyata keçirdiyi müəyyən edilib.

Prokurorluğun həbs qərarı ilə əməliyyat keçirən İstanbul polisi 17 şübhəlini saxlayıb. Digər şübhəlilərin tutulması üçün əməliyyat-axtarış tədbirləri davam edir.

Aydın