CHP CNN TÜRK-ü boykot etmək qərarına gəldi.
Qaynarinfo Odatv-yə istinadla xəbər verir ki, artıq heç bir CHP üzvünün CNN TÜRK-ün efirinə çıxmamasına qərar verilib. Partiyanın iclasında qəbul edilmiş qərara uyğun olaraq, CHP seçicilərinin də CNN TÜRK-ü izləməməyə çağrılacağı məlum olub.
Bu qərardan sonra CNN TÜRK efirinə çıxan CHP üzvlərinin məsələsinə intizam komissiyasında baxılacaq. Bundan başqa, CHP CNN TÜRK-dən CNN İnternational-a şikayət də edəcək. Bu qərarda CNN TÜRK-ün "A Haber” kimi "CHP düşməni" halına gəlməsi haqda bənd xüsusi yer alacaq.
Odatv-nin bu haqda anons xəbərlərindən sonra CNN TÜRK-ün baş direktoru Murad Yancı CHP Baş qərargahına müraciət edərək görüş təyin edib. O, bu gün günorta vaxtı Ankarada CHP-nin mətbuat katibinin müavini Tuncay Özkanla görüşəcək.
CHP-nin hazırladığı "boykot" mətnini bu görüşdən sonra ictimaiyyətə elan edib-etməyəcəyinə qərar veriləcək.
Alpər