Xəbər lenti

Türkiyənin Baş Konsulluğuna "Molotov kokteyli" atdılar
Dünya14:26 18.04.2015

Türkiyənin Baş Konsulluğuna "Molotov kokteyli" atdılar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yunanıstanın Selanik şəhərində Türkiyənin Baş Konsulluğunun binası qarşısında növbə çəkən polislərə "Molotov kokteyli" atılıb. "Report" xəbər verir ki, bu haqda "Anadolu" Agentliyi məlumat yayıb.
Basqınçılar həmin polislərə tərəf 10-dan artıq "Molotov kokteyli" tullayıblar. Atılan partlayıcılar konsulluğun binasının divarını yandırıb.
Xatırladaq ki, indiyədək diplomatik missiyanın binası önündəki polis postuna doqquz dəfə bu sayaq basqın həyata keçirilib.
Qaynar.info