Xəbər lenti

Türkiyənin ədliyyə naziri: “Rza Zərrabla bağlı prosesi izləmirik”
Dünya18:09 31.03.2016

Türkiyənin ədliyyə naziri: “Rza Zərrabla bağlı prosesi izləmirik”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ Rza Zərrabın həbsi ilə bağlı açıqlama verib. 
O, Türkiyə hökumətinin bu prosesi izləmədiyini bildirib. 
“Biz xüsusi olaraq izləmirik. Heç bir narahatlığımız yoxdur. Türkiyə bu günə qədər bütün işləri konstitusiya və hüquqa görə görüb. İranla münasubətlər də bura daxildir”, - ədliyyə naziri deyib. 
O, bəyan edib ki, Türkiyə bundan sonra konstitusiya, hüquq və beynəlxalq hüquq çərçivəsində doğru olan addımları atmaqda davam edəcək: “Nə olacağını hamımız birlikdə görəcəyik”.  (musavat.com)
Qaynar.info