Xəbər lenti

Türkiyənin əfsanəvi futbolçusu "Qarabağ"dan danışdı (VİDEO)
İdman11:58 02.09.2022

Türkiyənin əfsanəvi futbolçusu "Qarabağ"dan danışdı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə millisinin və "Qalatasaray"ın sabiq futbolçusu Hakan Şükür "Qarabağ” barədə danışıb.
Qaynarinfo xəbər verir ki, Türkiyə futbolunun canlı əfsanəsi fikirlərini sosial şəbəkə vasitəsilə futbolsevərlərə çatdırıb. O, "Qarabağ"ın UEFA Çempionlar Liqasındakı çıxışına münasibət bildirib. 
O, "Qarabağ” yaxşı oynadığını və Filip Ozobiçin pley-off mərhələsində Çexiyanın "Viktoriya” klubuna vurduğu qolu tərifləyib: "Qarabağ” "Viktoriya” oyununa baxdım və pley-off-dakı mübarizəni uduzmaqlarına üzüldüm. Bir az səhvlər etdilər. Uduzmaq çox pisdir. "Qarabağ”ın UEFA Avropa Liqasında yaxşı yerlərə gələcəyinə inanıram. Filip Ozobiç əla qol vurdu. Azərbaycan klubunun futbolçusu Toral Bayramovun adının "Qalatasaray”la hallanması səbəbindən onu izlədim. Çox gözəl futbol oynayır və ayaqlarına sahib futbolçudur”. 
Hakan Şükür Şahruddin Məhəmmədliyevin səhvindən söz açıb: "Qapıçının oyuna çox qoşulmadığı anlarda bəzən problemlər olur. Cərimə meydançasının sonuna qədər topa çıxmaq ciddi xətadır. Ora getdinizsə, topu mütləq tutmalısınız. "Viktoriya”nın çox uzun hədəfləri olmayacaq. "Qarabağ” qruplara qalsaydı, daha yaxşı olardı. Çünki buna layiq idilər”.  
Səbuhi Həsənov