Xəbər lenti

Türkiyənin ən məşhur verilişləri cəzalandırıldı
Dünya15:09 23.06.2016

Türkiyənin ən məşhur verilişləri cəzalandırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyə Radio-Televiziya Şurasının (RTÜK) son keçirdiyi konfransda evlilik verilişləri müzakirə olunub.

Qaynarinfo.az qafqazinfo-ya istinadən bildirir ki, insanlar tərəfindən ən çox şikayət olunan verilişlər barədə qərar qəbul edilib.

Televiziya qanunlarına uyğun olaraq Kanal D, FOX TV, Star TV və Flash TV-də yayımlanan evlilik proqramlarında əxlaqa zidd sözlər, hadisələrin dramatikləşdirilməsi, aktyorların israrla layihələrə cəlb olunması kimi hallara rast gəlinib.

Qurum bu səbəbdən həmin TV-lərə pul cəzası verib, kanal rəhbərlərinə məlumat göndərilib.

Qaynarinfo.az