Xəbər lenti

Dünya 20:05 06.03.2025

"Türkiyənin geosiyasi proseslərdəki uğurları iqtisadiyyatına müsbət təsir etməlidir"

"Türkiyə iqtisadiyyatında ciddi problemlər var və bu hiss olunacaq dərəcədədir".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov Türkiyə Mərkəzi Bankının uçot dərəcəsini azaltmasının iqtisadiyyata təsirlərindən danışarkən deyib. 
 


Ekspert yaxın illərdə Türkiyə iqtisadiyyatında ciddi inkişafın gözlənilmədiyini qeyd edib:

"Vəziyyətdən necə çıxacaqlar onu qarşıdakı illər göstərəcək. Belə məsələlərdə dəqiq proqnoz vermək olmur. Çünki bu dəqiqə dünyada iqtisadiyyat daha çox siyasətdən, xüsusi ilə də geosiyasətdən asılıdır. Türkiyə o qədər geosiyasi proseslərə cəlb olunub ki, onun bu proseslərdəki uğurları da iqtisadiyyatına müsbət təsir etməlidir".

Qeyd edək ki, bu gün Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclası keçirilib. İclasda uçot dərəcəsi 2,5 faiz bəndi azaldılaraq 45 %-dən 42,5 %-ə endirilib.

Xatırladaq ki, TMB son aylar 3-cü dəfə uçot dərəcəsini ardıcıl olaraq azaldıb.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->