Xəbər lenti

Türkiyənin məşhur serialı ilə bağlı istintaq başlandı
Dünya08:54 03.08.2017

Türkiyənin məşhur serialı ilə bağlı istintaq başlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyənin məşhur "Çocuklar Duymasın" adlı serialı ilə bağlı istintaq başlandı 

"Qaynarinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, sözügedən serialda FETÖ-nün dünyaya tanıtdığı kitabın görüntülərinin yer alması ilə bağlı istintaq başlanılıb. 

İstanbul Cümhuriyyət Baş Məhkəməsi "Kanal D"də yayımlanan "Çocuklar Duymasın"serialında kadrlardan birində kitab rəfində FETÖ-nün fəaliyyətlərini dünyaya tanıtdığı "Barış Körpüləri: Dünyaya Açılan Türk Məktəbləri" adlı kitabın göstərilməsinin ardından məsələyə müdaxilə edərək istintaqı başladıb. 

Məlumata görə serialın həmin seriyası İstanbul Təhlükəsizlik şöbəsi tərəfindən ciddi şəkildə araşdırılır. 

Nərmin Həsənli

Qaynarinfo.Az