Türkiyənin Qara dəniz sahillərində quru yük gəmisində partlayış baş verib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.
Hadisə nəticəsində itkin düşən 16 nəfər xilas edilib.
Telekanalın məlumatına görə, gəmi Trabzon limanında kömür yükləmək üçün Panama bayrağı altında üzüb. İlkin məlumatlara görə, hadisə qaz sızması nəticəsində baş verib.
Gəmi heyətinin əksəriyyəti misirli olub, aralarında Albaniya, Gürcüstan və Ukrayna vətəndaşları da var.