Türkiyənin sabiq baş naziri Mesut Yılmaz ağciyər xərçənginə tutulub.
Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, 71 yaşlı sabiq nazir yanvar ayının sonlarında əməliyyat olunub və hazırda kimyaterapiya müalicəsi alır.
Qeyd edək ki, Mesut Yılmaz Türkiyədə 1991, 1996 və 1997-1999-cu illərdə 3 hökumətə rəhbərlik edib. O, 1983-2007-ci illərdə Ana Vətən Partiyasına, 2009-2011-ci illərdə isə Demokrat Partiyasına rəhbərlik edib.
Gülşən