Xəbər lenti

Türkiyənin xüsusi nümayəndəsi Ermənistanla sərhəddə
Dünya09:49 25.07.2022

Türkiyənin xüsusi nümayəndəsi Ermənistanla sərhəddə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə danışıqlarda təmsilçisi Serdar Kılıç dünən Ermənistanla həmsərhəd olan Qarsa səfər edib. 
Qaynarinfo xəbər verir ki, Kılıç Ani xarabalıqlarını, Qars yaxınlığındakı Boğatefe kəndindəki Panri Muzeyini, Qarsdakı Müharibə Tarixi Muzeyini ziyarət edib və Ermənistanla sərhəddə yerləşən Akyaka kəndinin hazırda fəaliyyətsiz olan sərhəd-keçid məntəqəsinə baş çəkib. Bu kənd Ermənistanın Şirak rayonun Axurik kəndindəki erməni keçid məntəqəsi ilə sərhəddir.
Xatırladaq ki, bir müddət əvvəl Türkyənin Ermənistanla həmsərhəd ərazilərində minalardan təmizləmə işlərinin İsrail şirkəti tərəfindən aparıldığı barədə məlumat vermişdik.
Belə ki, iyunun 1-də Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin görüşündən sonra Ermənistan-Türkiyə quru sərhədinin üçüncü ölkə vətəndaşları üçün açılması və ən qısa zamanda birbaşa hava yük daşımalarına başlanması barədə razılıq əldə olunub. Bir neçə gün sonra Ermənistanın baş naziri Nikol Paşinyan və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub, əldə olunan razılaşmaların tezliklə həyata keçiriləcəyinə ümidvar olduqlarını bildiriblər. 
Telman