Xəbər lenti

Türkiyəyə sığınan ukraynalıların sayı açıqlandı
Dünya15:27 07.03.2022

Türkiyəyə sığınan ukraynalıların sayı açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Müharibənin başlanmasından indiyədək Ukraynanın 20 min 550 vətəndaşı Türkiyəyə gəlib.
Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər nazirinin müavini İsmail Çataklı məlumat verib.
Bildirilib ki, Ukrayna vətəndaşları pasport və ya şəxsiyyət vəsiqəsi ilə Türkiyəyə daxil ola, 90 gün ərzində burada vizasız qala bilərlər. Yuxarıda göstərilən tarixdən əvvəl Türkiyəyə daxil olanlara isə müvəqqəti şəxsiyyət vəsiqələri veriləcək.
Türkiyəyə sığınan ukraynalılar arasında "Eurovision” mahnı müsabiqəsinin 2016-cı il üzrə qalibi Camala da var.