Xəbər lenti

Mixeyev: “İş S-400-lə bitmir, Türkiyə ilə daha böyük planlarımız var”
Dünya07:14 26.11.2019

Mixeyev: “İş S-400-lə bitmir, Türkiyə ilə daha böyük planlarımız var”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya Türkiyəyə S-400 alayının ikinci partiyasını verəcək.

Qaynarinfo RİA Novosti-yə istinadla xəbər verir ki, ikinci partiya ilə bağlı müqavilə 2020-ci ildə imzalanacaq. Bu haqda "Rosoboronexport”un direktoru Aleksandr Mixeyev bildirib.

Bu il Rusiya Türkiyəyə 2,5 milyard dollar həcmində dörd S-400 diviziyasının tədarükü ilə bağlanmış müqaviləni başa çatdırıb. Müqaviləyə əsasən, daha bir alay dəstinin göndəriləcəyi də gözlənilir.

"Ümid edirik ki, 2020-ci ilin birinci yarısında müqavilə sənədlərinin imzalanmasına başlayacağıq. Ancaq vurğulamaq istəyirəm ki, Türkiyə ilə hərbi-texniki əməkdaşlıq S-400 tədarükü ilə məhdudlaşmır. Qarşıda böyük planlarımız var”, - Mixeyev deyib.

"Rosoboronexport” rəhbəri Moskvanın Ankaraya işin üçüncü mərhələsi - S-400-lərin üçüncü partiyası üçün texniki öhdəliklərini təhvil verdiyini və Türkiyə ilə texniki məsələlərin artıq həll olunduğunu, artıq maliyyə komponenti üzərində danışıqlar aparıldığını qeyd edib.

Xatırladaq ki, ABŞ dəfələrlə Türkiyəni S-400-lərdən imtina etməyə çağırıb.