
Türkmənistanın paytaxtı Aşqabadda ölkənin keçmiş prezidenti Səfərmurad Niyazovun (Türkmənbaşı) atası Atamurad Niyazovun heykəli götürülüb.
Avropa.info-nun verdiyi xəbər görə, heykəlin hara aparıldığı hələ ki, bəlli deyil. Atamurad Niyazov 2-cü dünya müharibəsində həlak olub . Səfərmurad Niyazov hakimiyyətə gəldikdən sonra atasına ölkənin milli qəhrəmanı adı vermişdi.
Niyazov Türkmənistanda şəhərlərdən birinin adını dəyişərək atasının adını verib. O, 2006-cı ilə qədər Türkmənistana rəhbərlik edib. 2006-da dünyasını dəyişdikdən sonra hakimiyyətə Berdmuhəmmədov gəldi. Berdmuhəmmədov hakimiyyətə gəldikdən sonra onun Niyazov irsinə qarşı soyuqluğu diqqətləri cəlb etdi. Berdmuhəmmədov məktəblərdə şagirdlərə tədris olunan Niyazovun kitabını qadağan etməklə yanaşı onun heykəllərini də ölkədən götürüb”.
Qaynar.info