Türkmənistan prezidentinin səlahiyyət müddəti 5 ildən 7 ilə qədər artırılır. "Qaynarinfo.Az" xəbər verir ki, Türkmənistan Ağsaqqallar Şurasının Yığıncağında yeni konstitusiya qəbul ediləcək.
Artıq prezident Qurbanqulu Berdiməhəmmədov iclasın vaxtı ilə bağlı sərəncam imzalayıb. Yeni konsitutsiyanın qəbul olunacağı Yığıncaq sentyabrın 14-də Aşqabadda baş tutacaq.
Həmçinin prezident üçün müəyyən olunmuş yaş həddi də ləğv olunacaq. Hazırkı konsitutsiyada bu həddə maksimum 70 yaşdır. 2006-cı ildən ölkəyə rəhbərlik edən Qurbanqulu Berdiməhəmmədovun 59 yaşı var.
Qaynarinfo.Az