Xəbər lenti

Tutulan "Reina" terrorçusu etiraf etdi
Dünya09:34 17.01.2017

Tutulan "Reina" terrorçusu etiraf etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Yaxalanmış terrorçu Yeni il gecəsi "Reina" gecə klubunda cinayət törətdiyini etiraf edib. Barmaq izləri uyğun gəlir. Cinayətkar 1983-cü il təvəllüdlü Özbəkistan vətəndaşıdır". 

Qaynarinfo.Az APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İstanbul valisi Vasip Şahin deyib. 

V. Şahin bildirib ki, terrorçu Abdulqadir Maşaripov Türkiyəyə sərhədi qanunsuz keçərək daxil olub: "O, Əfqanıstanda təlim keçib, 4 dil bilir. Bu terror aktını İŞİD adına həyata keçirib".

Terrorçuda 197 min dollar pul, tapança, SİM kartlar, eləcə də dron aşkarlanıb.

Qaynarinfo.Az