Xəbər lenti

Dünya 17:40 19.12.2022

Twitter səsverməsi başa çatdı: Mask vəzifədən getmək vədinə əməl edəcəkmi? (YENİLƏNİB)

Səsvermə başa çatıb, Twitter istifadəçiləri İlon Maskın şirkət rəhbəri vəzifəsindən getməli olub-olmaması sualına cavab verməli olublar.
 

Nəticədə istifadəçilərin 57,5%-i onun vəzifədən getməsinə səs verib. 42,5% isə əleyhinə çıxıb. Sorğuda 17 milyondan çox insan iştirak edib.
Səsverməni İlon Maskın özü öz səhifəsində təşkil edib. O, söz verib ki, o, istifadəçilərin qərar verdiyi kimi edəcək.
 
 13:50


Sahibkar İlon Mask bazar günü "Twitter" mikrobloqlar şəbəkəsində sorğu dərc edib. Bu sorğuda sosial şəbəkə istifadəçiləri onun şirkət rəhbəri vəzifəsində olmasının lehinə və ya əleyhinə səs verməyə dəvət olunub.

Qaynarinfo bu barədə "Rosbalt"a istinadla xəbər verir.

"Twitter" rəhbəri vəzifəsindən istefa verməliyəmmi? Mən bu səsvermənin nəticələrini rəhbər tutacağam”, - o, sorğu ilə yayımlanan mesajında yazıb.

Hazırda 11,5 milyona yaxın istifadəçi səs verib, səs verənlərin təxminən 56%-i isə hesab edir ki, Mask "Twitter" rəhbəri vəzifəsindən getməlidir.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->