
"Twitter" sosial şəbəkəsi ABŞ senatına Rusiya ilə bağlı hesabat verib.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, hesabat Rusiyanın ötən il ABŞ-dakı prezident seçkilərinə müdaxiləsi ilə bağlıdır. "Twitter" Rusiya mərkəzli hesab sayının 201 olduğu və bu hesabların seçkilərlə bağlı fəaliyyət göstərdiyini deyib. Açıqlamada həmçinin "Russia Today" adlı media qurumunun ötən il ABŞ-dakı reklamlar üçün 274 min 100 dollar xərclədiyi və 3 fərqli "Twitter" hesabında 1823 paylaşım edildiyi deyilir.
Şirkət qeyd edib ki, haqqında danışılan reklam xərcləri və paylaşımları ABŞ media və auditoriyasına ünvanlanıb, lakin seçki kampaniyasına təsir göstərmək məqsədilə yazılan postlar silinib.
Qeyd edək ki, bir müddət əvvəl "Facebook" sosial şəbəkəsi də eyni məzmunlu hesabatla çıxış etmişdi.
Gülşən
Qaynarinfo.Az