Xəbər lenti

Uçmaq necə hiss idi? - Mövlud Mövluda şeir
Sənət07:00 28.03.2017

Uçmaq necə hiss idi? - Mövlud Mövluda şeir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Aybəniz Alıyeva

Bir gün yazacam sənə,
Yenə də əngəlliyəm?
İndi əlim də tutmur,
Hələ çox kədərliyəm..

Bir gün yazacam sənə,
Yazacam ki, necəsən..?
Səni atan Tanrıyla
Necə yola gedirsən..?

Bir gün yazacam sənə,
Uçmaq necə hiss idi?
Ucalardan Ucalı,
Yerə vurmaq çətindi?

Bir gün yazacam sənə,
Deyəcəm ki, darıxma...
Qəbrin üstə su töküb,
Danışacam başdaşına.

Bir gün yazacam sənə,
Bağışlama istəsən,
Qazaxda yağış yağır,
"Çətirsiz" öyrəşmisən?

Bir gün yazacam sənə,
Havadan şeh düşəndə,
Məzarına gül düzüb,
İstanbuldan dönəndə.

Bir gün yazacam sənə,
İndi gedim, bağışla,
Sən də özünə yer et,
Mən gələndə qarşıla...

Qaynar.Az