Xəbər lenti

UEFA prezidentinə hər ay meyvə arağı göndərən azərbaycanlı kimdir? - MARAQLI
İdman05:04 23.10.2014

UEFA prezidentinə hər ay meyvə arağı göndərən azərbaycanlı kimdir? - MARAQLI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

UEFA prezidenti Mişel Platini ilk dəfə Bakıya gələndən sonra onun haqqında söz-söhbət Azərbaycanı bürüdü.

Platininin spirtli içkilərin təsirindən özünü apara bilməməsi, kürü bankasını cibinə basması kimi söhbətlər futbol kluarlarında hələ də danışılır.

Komanda.az bu məsələylə bağlı maraqlı məlumat əldə edib. AFFA-da çalışan şəxsin sayta verdiyi məlumata görə, Platini Bakıda olarkən tut və zoğal arağına qonaq edilib. Meyvə araqları UEFA prezidentinin xoşuna necə gəlibsə, Azərbaycandan qayıdandan sonra da dadı damağından getməyib.

Tamahını cilovlaya bilməyən Platini AFFA-nın baş katibi Elxan Məmmədova müraciət edib. Baş katib isə onun xahişini yerə salmayıb. Məlumat verən şəxs bildirir ki, hər ay Platininin ünvanına Bakıdan bağlama göndərilir. Bağlamada xüsusi olaraq UEFA prezidenti üçün çəkilmiş meyvə arağı və qara kürü olur.

Meyvə arağını çəkmək üçün bu işin texnologiyasını yaxşı bilən Şəki rayon sakininə müraciət olunduğu deyilir. Həmin şəxsin məxsusi olaraq Platini üçün meyvə arağı hazırladığı və bu işin müqabilində Elxan Məmmədovdan sanballı haqq aldığı bildirilir.

Qaynar.info