Xəbər lenti

Ümidsizliyin qoxusu: Çexiyanın sərhəd bölgəsində hətta 10 yaşlı uşaqlar fahişəliklə məşğuldur
Dünya 10:00 25.05.2025

Ümidsizliyin qoxusu: Çexiyanın sərhəd bölgəsində hətta 10 yaşlı uşaqlar fahişəliklə məşğuldur

Usti nad Labem (Çexiya) şəhəri yaxınlığında yerləşən, yararsız vəziyyətdəki Prjedlitse qəsəbəsinin küçələrində zibil yığılır, yaxınlıqdakı kimya zavodundan çıxan qazlar isə qalın buludlar kimi ərazini bürüyür. Ancaq bu üfunətli havaya bir başqa qoxu da qarışır: burada özlərini alman kişilərinə cəmi 10 avroya satan gənc fahişələrin ucuz ətirlərinin şirinməzə qoxusu.

Qaynarinfo xəbər verir ki, bunu Almaniyanın nüfuzlu "Bild" qəzeti yazıb.

"Bu ümidsizliyin qoxusudur - Almaniyanın Saksoniya əyalətindən cəmi 15 kilometr aralıda. Hətta yerli qaraçılar da bu ərazini "getto" adlandırır və sistemli ayrı-seçkilik və marginallaşdırmadan əziyyət çəkirlər. Burada qadınlar, gənc qızlar və hətta uşaqlar sözün əsl mənasında fahişəlik etməklə dolanırlar. Bu "biznesə” yaxınlıqdakı şosse və həyət, qaraj kimi gizli yerlər şərait yaradır. Əsas müştərilər yük maşını sürücüləridir", deyə nəşr qeyd edir.
 


Məsələn, 20 yaşlı yerli sakin Yana deyir ki, 10 avroya "tez xidmət", 20 avroya isə "tam proqram" təklif edir. İşə çıxarkən ona lazım olan tək şey bir neçə ətir püskürtmək, ovuc dolusu qoruyucu və yaş salfetlərdir.

"Niyə burdayam? Dörd uşağım var və başqa şansım yoxdur. Bəzən buraya uşaqlar da gəlir", deyə Yana etiraf edir.

O, çoxlarının həmişə şübhələndiyi bir şeyi təsdiqləyir: Usti na Labemdə uşaq fahişəliyi mövcuddur. Yaxın zamanlarda bir ata qarajda 12 uşağı cinsi istismar edib və onlardan bəziləri cəmi 10 yaşında olub. O, uşaqları peçenye və bir neçə avro ilə aldadıb.

Çexiyanın xüsusi "Ahmad" komissiyası üç il ərzində bu işi araşdırsa da, hələlik həbs üçün kifayət qədər sübut toplana bilməyib.

"Bir neçə ipucumuz var idi, amma heç kim bizimlə danışmadı. Qurbanlar həmişə hər şeyi inkar edirdi, çünki bu fəaliyyətdən maddi gəlir əldə edirdilər", deyə araşdırmaçı Lusiya Xoleçkova izah edir.

Başqa sözlə, qurbanlar özlərini qurban kimi belə hiss etmir. Lakin onların ifadələrindən asılı olmayaraq, yetkinlik yaşına çatmayanlar həmişə hüquqi baxımdan qurban sayılır, çünki onlar cinsi əlaqənin nəticələrini dərk edə bilmir.
 


Zorakılığın "qiyməti" çox müxtəlif olub. "Bəzən sadəcə bir peçenye və ya 20 avro. Amma bir halda kişi 1000 avro belə ödəmişdi", deyə komissiyanın kriminalisti məlumat verib.

Amma proses həmişə eyni olur: kişi kiçik hədiyyələrlə uşaqların etibarını qazanır, sonra onları qaraja cəlb edir. Əgər qızlar ona xoş gəlməsəydi, o, iddiaya görə, onlara pul verib daha gözəl bir qızla qayıtmağı tələb edir.

"Polis sadəcə nümunə göstərmək istəyir. Uşaq fahişəliyi burada gündəlik həyatın bir hissəsidir. Bu, heç bir halda qəbul edilə bilməyən normalaşmadır. Lakin çoxlu almanlar gənc qızlar üçün buraya gəlir", deyə "Bild"ə yerli motosikletçi "rokerlərdən" biri məlumat verib.

Usti na Labem polisinin verdiyi məlumata görə, tək bir hal qeydə alınıb və görünür, onlar artıq bu ərazi ilə maraqlanmır. Bu ərazi Çexoslovakiyada kommunist rejimi dağıldıqdan sonra əsasən qaraçılardan ibarət 1500 nəfərlik yoxsul məhəlləyə çevrilib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->