Ümumdünya Səhiyyə Təşkilatı ümid edir ki, COVID-19 tamamilə yox olmasa belə, gələn il ən azı pandemiya statusunu itirəcək.
Qaynarinfo Rosbalt-a istinadla xəbər verir ki, bunu ÜST-ün rəhbəri Tedros Adhanom Gebreyesus
deyib.
O xatırladıb ki, bir il əvvəl "Omicron” ştammı yenicə müəyyən edilib və sürətlənməyə başlayıb.
Daha sonra beynəlxalq təşkilatın rəhbəri qeyd edib ki, COVID-19 hər həftə 50 min insanın həyatına son qoyub. Gebreyesus keçən həftə 10.000-dən az insanın öldüyünü deyib.
Əlavə edək ki, pandemiyanın bütün dövrü ərzində dünyada 650 milyondan çox koronavirusa yoluxma halı və xəstəliyin nəticələrindən 6,6 milyona yaxın ölüm halı aşkar edilib.
Alpər