Rusiyanın işğalı başlayandan bəri törətdiyi iddia edilən 21 mindən çox hərbi cinayət və zorlama cinayəti araşdırılır.
Qaynarinfo BBC saytına istinadla xəbər verir ki, bu barədə rəsmi Kiyev
bildirib.
Baş prokuror İrina Venediktova BBC-yə deyib ki, ona hər gün 200-dən 300-dək müharibə cinayəti barədə məlumat daxil olur.
O, bir çox məhkəmələrin absentia şəraitində keçiriləcəyini etiraf edib, lakin ittihamları davam etdirməyin "ədalət məsələsi” olduğunu vurğulayıb.
BBC-nin Ümumdünya Xidmətinin Xarici Mənbə proqramına danışan xanım Venediktova xəbərdarlıq edib ki, mülki şəxsləri öldürən, işgəncə verən və ya zorlayan rus əsgərləri "başa düşməlidirlər ki, onların hamısının məhkəməyə çəkiləcəyi zaman məsələsidir”.
Xanım Venediktova may ayında bildirib ki, artıq 600-ə yaxın şübhəli şəxs müəyyən edilib və 80 cinayət təqibi başlayıb.
Ukraynada mühakimə olunan ilk rus əsgəri serjant Vadim Şişimarin may ayında mülki vətəndaşı öldürdüyü üçün ömürlük həbs cəzasına məhkum edilib.
Beynəlxalq Cinayət Məhkəməsi Ukraynanı "cinayət yeri” kimi xarakterizə edərək, çoxsaylı təhqiqatlara kömək etmək üçün bu ölkəyə indiyə qədərki ən böyük detektivlər qrupunu göndərib.
Nurlan Hüseynov