Xəbər lenti

"Ukrayna ABŞ-dan davamlı olaraq ATACMS raketlərini alacaq" - Kuleba
Dünya13:53 19.10.2023

"Ukrayna ABŞ-dan davamlı olaraq ATACMS raketlərini alacaq" - Kuleba

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ABŞ-ın davamlı olaraq ölkəyə ATACMS raketlərini tədarük edəcəyini bildirib.
Qaynarinfo xəbər verir ki, o, bu barədə "Snidanok z 1+1"in efirində deyib.
Kuleba vurğulayıb ki, bu raketlərin sabit tədarükü Ukrayna prezidenti Volodimir Zelenski ilə ABŞ prezidenti Co Bayden arasında sentyabrın sonunda Vaşinqtonda keçirilən şəxsi görüş zamanı əldə edilmiş razılaşmanın "birbaşa nəticəsidir”.
"Bir aydan az vaxt keçdi və biz artıq konkret nəticələri görürük. Əgər siz Baydenlə görüşdən sonra prezidentin nitqini sətirlər arası oxusanız, ondan çox mühüm qərarın qəbul edildiyini və mühüm qərarlardan yalnız bunun verilə biləcəyini başa düşə bilərsiniz", deyə nazir bildirib.
O, həmçinin qeyd edib ki, ATACMS raketlərindən istifadə zamanı nəticə əldə etmək üçün əsas onların istehsal ili deyil, "silahın kimin əlində olmasıdır”.
"Tərəfdaşlar daim ukraynalıların istənilən silah növünü necə tez mənimsəmələrinə heyran qalırlar. Ona görə də bu, illə bağlı deyil. Bizim üçün əsas odur ki, düşməni vurub öldürək. Bu, Ukrayna xarakteridir”, deyə o bildirib.
Kuleba vurğulayıb ki, Ukraynaya verilən raketlərin çeşidi, detalları və istehsal ili "dinamikada inkişaf edəcək”.
"Əsas odur ki, biz bu mövqenin blokunu açmışıq və artıq bizim ixtiyarımızda istədiyimiz bütün silah növləri var", deyə ukraynalı nazir qeyd edib.
Nizami Bağırov