Xəbər lenti

Ukrayna ABŞ-dan əlavə HIMARS sistemləri alıb - Reznikov
Dünya14:30 01.08.2022

Ukrayna ABŞ-dan əlavə HIMARS sistemləri alıb - Reznikov

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əlavə 4 ədəd HIMARS reaktiv yaylım atəşi sistemi Ukraynaya gəlib.
Qaynarinfo bu barədə Ukrayna Müdafiə naziri Aleksey Reznikovun "Twitter" hesabına istinadən xəbər verir. 
"Ukraynaya əlavə 4 ədəd HIMARS gəldi. Mən ABŞ prezidenti Co Baydenə, ABŞ müdafiə naziri Lloyd Ostinə və ştatların vətəndaşlarına Ukrayna ordusunu gücləndirdiklərinə görə minnətdaram. Biz bu silahların bacarıqlı operatorları olduğumuzu sübut etdik. HIMARS-ın atəş səsləri cəbhə xəttində bu yayın əsas hiti oldu!”, deyə müdafiə naziri yazıb.
Nizami Bağırov