Xəbər lenti

Ukrayna agentini Rusiyaya ABŞ göndərib - ŞOK İDDİA
Dünya14:08 31.03.2016

Ukrayna agentini Rusiyaya ABŞ göndərib - ŞOK İDDİA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiyada tutulan ukraynalı kəşfiyyatçı ölkəyə FTX-yə öz xidmətlərini təklif etmək üçün gəlib.

 

Bu barədə bəyanatı Rusiyanın Federal Təhlükəsizlik Xidməti yayıb. Ələ keçirilən Yuri İvançenko Rusiyaya göndərilməsi üçün xüsusi olaraq hazırlanıb:

“O, Rusiyaya keçməzdən əvvəl FTX onun Ukrayna Təhlükəsizlik Xidməti (UTX) və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) tərəfindən hazırlandığı haqqında informasiya əldə edib. Plana görə, UTX əməkdaşı FTX-ni özünün gizli informasiya əldə etmək imkanları ilə maraqlandırmalı və lazım gələn zaman FTX-nin onunla əlaqə yaratması üçün inandırmalı idi. Bundan sonrakı mərhələlərin birində UTX və MKİ FTX əməkdaşını İvançenkodan informasiya əldə edərkən yaxalamağı planlaşdırıblar”.

Qeyd edək ki, bu gün Rusiyada Ukrayna Təhlükəsizlik Xidmətinin polkovnik-leytenantı Yuri İvançenko ələ keçirilib.  (axar.az)

Qaynar.info