
Ukrayna baş naziri Nikolay Azarov xalqdan üzr istəyib.
Qaynar.info xəbər verir ki, Azarov polisin nümayişçilərə güc tətbiq etdiyi üçün hökumət adından Ukrayna xalqından üzr istəyib.
Qeyd edək ki, Ukraynanın Avropa Birliyi ilə assosiativ müqaviləsini imzalamaqdan imtina etməsindən sonra Avropa tərəfdarları hakimiyyətin siyasətinə etiraz olaraq aksiyalara başlayıb.
Qaynar.info