Xəbər lenti

Ukrayna Baş Qərargahı: Rusiya ordusu 26.650 əsgər, 1195 tank itirib
Dünya08:49 12.05.2022

Ukrayna Baş Qərargahı: Rusiya ordusu 26.650 əsgər, 1195 tank itirib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
24 fevral-12 may tarixləri arasında Rusiya ordusunun Ukryanada verdiyi itkilərin sayı açıqlanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, Rusiya ordusu son 24 saat ərzində daha 300 əsgərini itirib.
Bildirilir ki, Rusiya ordusu ümumilikdə 26 min 650 əsgər və 199 təyyarə, 161 helikopter, 1195 tank, 2 min 873 zirehli texnika, 534 top, 191 reaktiv yaylım atəşi sistemi və 87 hava hücumundan müdafiə sistemini itirib.
Həmçinin Rusiya qüvvələrinin 2019 avtomobil, 13 gəmi, yüngül sürətli qayıq və 398 pilotsuz uçuş aparatını itirdiyi, ruslar tərəfindən atılan 94 qanadlı raketin də Ukrayna hava hücumundan müdafiə bölmələri tərəfindən vurularaq məhv edildiyi deyilir.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi martın 25-də verdiyi açıqlamada Ukraynada 1351 rus əsgərinin öldüyünü açıqlayıb.
Xəyal Abdullayev