Xəbər lenti

Ukrayna "Baykar"la 3 müqavilə imzaladı: İxrac gəlirləri və yeni nəsil silahlar...
Dünya12:19 30.04.2023

Ukrayna "Baykar"la 3 müqavilə imzaladı: İxrac gəlirləri və yeni nəsil silahlar...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna Türkiyənin "Baykar” şirkəti ilə ölkəyə ixrac gəlirləri və yeni nəsil silahlar verəcək üç yeni müqavilə imzalayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukraynanın strateji sənaye naziri Aleksandr Kamışin "Telegram"da yazıb.
Müqavilələrin təfərrüatlarını hazırda açıqlamağın mümkün olmadığını deyən nazir bildirib ki, onların imzalanması Ukrayna üçün son dərəcə vacibdir:
"Dünən Türkiyədə "Teknofest 2023" beynəlxalq aviasiya texnikası sərgisində bir gün çalışdım. Çoxlu görüşlər keçirdim, məqsəd bir idi - Ukrayna müdafiə sənayesini gücləndirməyin yollarını tapmaq. Mühüm bir nəticə var - türk istehsalçısı "Baykar"la üç yeni müqavilə imzaladıq".
Eyni zamanda, nazir qeyd edib ki, söhbət yeni nəsil silahların alınmasından gedir:
"Sizi əmin edirəm ki, bu müqavilələr ölkəmizə ixrac gəlirləri və yeni nəsil silahlar verir".
2021-ci ilin noyabrında xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Ukrayna müəssisələri Türkiyənin "Baykar Makina” şirkətilə pilotsuz təyyarələr üçün mühərriklərin tədarükü ilə bağlı iki müqavilə imzalayıb.
2022-ci ilin iyununda Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar demişdi ki, Türkiyənin "Baykar" şirkəti Ukrayna şirkəti yaradıb və o, "Bayraktar" pilotsuz uçuş aparatları istehsal edəcək zavodun tikintisi artıq Ukraynada torpaq sahəsi alıb.
Avqustda "Baykar" Ukraynada səsdən sürətli PUA istehsal etməyi planlaşdırdığını açıqlayıb. Sentyabrda şirkətin baş direktoru Haluk Bayraktar Ukraynada "Baykar" zavodunun tikintisi layihəsinin müharibə səbəbindən ləğv edilmədiyini deyib. Oktyabrın 2-də prezident Vladimir Zelenski qeyd edib ki, Ukrayna və Türkiyə təyyarə mühərriklərinin birgə istehsalına hazırlaşır.
Aydın