Xəbər lenti

Ukrayna Belarus hərbçilərinə müraciət etdi: "Əgər bizə hücum etsəniz..." (VİDEO)
Dünya13:07 21.10.2022

Ukrayna Belarus hərbçilərinə müraciət etdi: "Əgər bizə hücum etsəniz..." (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna Silahlı Qüvvələri Belarus vətəndaşlarına və hərbçilərinə müraciət edərək, rəhbərliyin bu ölkəyə qarşı müharibəyə girmək əmrlərinə əməl etməməyə çağırıb.
Bu barədə Qaynarinfo Ukrayna Silahlı Qüvvələrinin Strateji Kommunikasiyalar İdarəsinin Teleqram kanalına istinadən xəbər verir.
Ukrayna Silahlı Qüvvələri qeyd edib ki, iki xalqı bir-birinə əsrlər boyu davam edən dostluq telləri bağlayıb. Lakin bu gün Belarus rəhbərliyi Rusiyanın Ukraynadakı təcavüzünə qoşulmağa hazırlaşır. Belarusda yoxlama adı altında vətəndaşların gizli səfərbərliyi başlayıb.
Silahlı Qüvvələr vurğulayır ki, Ukrayna Belarus üçün təhlükə yaratmır.
"Belarus hərbçiləri qardaş Ukrayna xalqına qarşı döyüşməkdən imtina etsələr belə, ümumi qruplaşmanın Rusiya hissəsi onları öz tərəfinə çəkə bilər. Əgər Belarus ordusu Rusiyanın təcavüzünə dəstək verərsə, biz də cavab verəcəyik. Biz Ukrayna ərazisindəki bütün işğalçılara necə cavab verirksə, bu dəfə də bütün silah arsenalından istifadə edərək, ölkənizin ərazisindəki hərbi obyektlərə zərbələr endirməklə eynilə sərt cavab verəcəyik”, deyə müraciətdə bildirilir.
Nizami Bağırov