"Putinin Soçidə Valday Forumundan ayrıldıqdan dərhal sonra Ukraynanın dronlarla bu şəhərə hücumu əslində ona hədə-qorxu gəlmək məqsədi daşıyır".
Bunu Qaynarinflo-ya açıqlamasında siyasi şərhçi Elçin Şıxlı Ukrayna PUA-sının Rusiya prezidenti Vladimir Putinin Valday Forumunun plenar iclasında çıxışını bitirən kimi Soçiyə hücumunun hansı məqsəd daşıdığını şərh edərkən deyib:
"Ukraynanın bu addımında məqsəd Putinə və bütövlükdə Rusiyaya göstərməkdir ki, istəsələr onu da vura bilərlər. Yəni göstərmək istəyirlər ki, Putinin özü də onlar üçün əlçatandır. Hətta bununla demək istəyirlər ki, Kremli də vura bilərlər. Kiyev bununla Kremlə hədə-qorxu gəlir. Düzdür, birbaşa olaraq onu aradan götürmək çətin məsələdir. Ona görə də sadəcə bu addımla hədə-qorxu gəlirlər".
Qeyd edək ki, mətbuatın yazdığına görə, Ukrayna pilotsuz təyyarələri Rusiya prezidenti Vladimir Putinin Valday Forumunun plenar iclasında çıxışını yenicə bitirdiyi Soçiyə hücum edib.
Nəticədə Soçi hava limanı bağlanıb. Yarım saatdan sonra Soçi meri Andrey Proşunin şəhərə pilotsuz təyyarə ilə hücum təhlükəsi elan edib.
Yerli sakinlər Qara dəniz üzərində hava hücumundan müdafiə sistemlərini və siren səslərini, eləcə də partlayışları müşahidə ediblər.
Xatırladaq ki, hadisədən bir qədər əvvəl Putin Soçidə Valday Diskussiya Klubunun plenar iclasında çıxış edib.
Rüfət Sultan
Şərhlər