Xəbər lenti

Ukrayna Çeçenistan Respublikasını "müvəqqəti işğal olunmuş" dövlət kimi tanıdı
Dünya11:14 18.10.2022

Ukrayna Çeçenistan Respublikasını "müvəqqəti işğal olunmuş" dövlət kimi tanıdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna parlamenti BMT Nizamnaməsinə zidd olaraq həyata keçirildiyi iddia edilən "silahlı təcavüz” nəticəsində Çeçenistanı Rusiya tərəfindən "işğal edilmiş dövlət” kimi tanıyan qanun layihəsini qəbul edib.
Qaynarinfo xəbər verir ki,  bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Bildirilir ki, qanun layihəsi yekdilliklə qəbul edilib - 287 lehinə, bitərəf və əleyhinə səs verən olmayıb, 64 deputat səsvermədə iştirak etməyib.
Qanun layihəsinə əsasən Çeçenistan Respublikası "İçkeriya Respublikası” kimi adlandırılır. Bundan başqa, Radanın qəbul etdiyi sənəddə Rusiyanın çeçen xalqına qarşı həyata keçirdiyi iddia edilən soyqırımdan bəhs edilir.
Nizami Bağırov