Xəbər lenti

Dünya 17:09 21.08.2023

"Ukrayna F-16 qırıcılarından yalnız öz ərazisində istifadə edə bilər" - Danimarkalı nazir

Danimarkanın müdafiə naziri Yakob Ellemann-Yensen bildirib ki, Ukrayna alacağı F-16 qırıcılarından yalnız öz ərazisində istifadə edə bilər.

Qaynarinfo "Reuters"ə istinadən xəbər verir ki, o, bunu bazar ertəsi Ukrayna prezidenti Volodimir Zelenski Danimarkada səfərdə olarkən deyib.

"Biz silahları düşməni Ukraynadan sıxışdırmaq üçün istifadə etmək şərti ilə veririk. Artığına görə yox. Şərtlər belədir, istər tanklar, istər qırıcılar, istərsə də başqa bir şey olsun”, deyə Ellemann-Yensen bildirib.

Xatırladaq ki, avqustun 20-də Ukrayna prezidenti Volodimir Zelenskinin Niderland və Danimarkaya səfərləri zamanı Amsterdam və Kopenhagen Kiyevə müvafiq olaraq 42 və 19, ümumilikdə 61 F-16 qırıcısını təhvil verəcəklərini vəd ediblər. Yeni ilə qədər Danimarka ilk 6 təyyarəni təhvil verə bilər. Ukrayna hərbçiləri İsveçin "Qripen” qırıcılarını da sınaqdan keçirir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->