
Gürcüstanın sabiq prezidenti və Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Gürcüstana ekstradisiya edilə bilər.
"Qaynarinfo" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş Prokurorluğu məlumat yayıb.
Məlumatda bildirilir ki, Gürcüstan Saakaşvili üçün təkrar müraciət edəcəyi təqdirdə Ukrayna belə qərar verəcək.
Qeyd edək ki, bundan əvvəl rəsmi Tiflis M.Saakaşvilinin ekstradisiyası ilə bağlı müraciət etsə də, bu müraciət qəbul edilməyib. Lakin iyulun 26-da keçmiş qubernator Ukrayna vətəndaşlığından məhrum edilib ki, bu da ekstradisiyanı mümkün edib.
Qaynarinfo.Az