Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski bildirib ki, Kursk vilayətində Ukrayna qoşunları 100 yaşayış məntəqəsini - 1294 kvadrat kilometr ərazini nəzarətə götürüb.
Qaynarinfo xəbər verir ki, o, bunu Kursk istiqaməti və Pokrovsk üzrə forum zamanı
deyib.
Bundan əlavə, 594 rus hərbçisi əsir götürülüb.
Baş Komandan onu da bildirib ki, Kursk istiqamətində əməliyyatın məqsədlərindən biri rus qoşunlarını meydandan, xüsusən də Pokrovski və Kuraxovski istiqamətlərindən yayındırmaqdır.
Onun sözlərinə görə, Rusiya hazırda Kursk vilayətinə başqa istiqamətlərdən 30 minə yaxın rusiyalı hərbçi köçürüb.
Sırski onu da qeyd edib ki, Pokrovski istiqaməti ən qaynar olaraq qalır, işğalçı ölkənin ən döyüşə hazır qoşunları orada cəmləşib.
Alpər