Xəbər lenti

“Ukrayna NATO-ya üzv olacaq və...” - Ekspert
Dünya11:31 10.07.2023

“Ukrayna NATO-ya üzv olacaq və...” - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bu bəyanat məsələnin üzv dövlətlər arasında ilkin olaraq qabaqcadan razılaşdırıldığına işarədir”.
Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli NATO baş katibi Yens Stoltenberqin Vilnüs sammitində Ukraynanın quruma üzvlük məsələsi barədə səsləndirdiyi fikri şərh edərkən deyib. 
Ekspertin fikrincə, Stoltenberqin bu açıqlaması onu deməyə əsas verir ki, Ukraynanın NATO-ya üzv olması məsələsində quruma üzv dövlətlər arasında hər hansı bir fikir ayrılığı yoxdur. 
"Bu bəyanat məsələnin üzv dövlətlər arasında ilkin olaraq qabaqcadan razılaşdırıldığına işarədir. Adətən, belə məsələlər birbaşa sammitə qədərki proses dövründə həll olunur. Güman edirəm ki, Ukraynanın NATO-ya daxil olması artıq tam razılaşdırılıb. Yəqin ki, Vilnüs sammitində məsələ müsbət həll olunacaq. Kiyevin Alyansa qəbul olunması üçün burada ilkin olaraq müəyyən şərtlər və prosedurlar müəyyənləşdiriləcək. Düzdür, praktikada dərhal qəbulolunma da mümkün haldır. Bu birbaşa sammitin səlahiyyətinə aid məsələdir. Hər halda vəziyyəti nəzərə alıb, Ukraynaın qəbulu ilə bağlı prosedurları qısaltmaq da olar”, deyə Q. Əlibəyli bildirib.
Həmsöhbətimiz hesab edir ki, NATO-nun Ukraynaya dəstək ifadə etməsi qurumun nüfuzunun bir qədər də artmasına gətirib çıxaracaq: 
"Kiyevin ora daxil olması artıq o deməkdir ki, Ukrayna yeni çətir altında olacaq. Belə vəziyyətdə Vilnüs sammitinin gedişində NATO-nun nüfuzunun daha da artmasını gözləmək olar”. 
Qeyd edək ki, NATO-nun baş katibi Yens Stoltenberq NATO-ya üzv dövlətlər alyansın Vilnüsdə keçiriləcək sammitində Ukraynanın hərbi-siyasi bloka daxil olması perspektivləri ilə bağlı vahid mövqedən çıxış edəcəklərini bildirib. Baş katibin sözlərinə görə, o, tam əmindir ki,  alyans üzvləri Ukraynanın NATO-ya daxil olması perspektivləri ilə bağlı hamı üçün əlverişli yol tapacaqlar. 
Rüfət Sultan