Ukrayna Energetika Nazirliyi 2024-cü ilin sonunda müqavilələrin müddəti başa çatdıqdan sonra Rusiya təbii qazının ölkə ərazisindən Avropaya nəqlinin davam etdirilməsinə imkan verəcək hər hansı kommersiya sazişini istisna edir.
Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin energetika naziri German Qaluşenko "Bloomberg"ə müsahibəsində
bildirib.
"Mən belə bir ehtimal görmürəm. Masada mümkün həll yolları yoxdur, - o deyib. - Məncə, bu ədalətlidir. Deməyin ki, biz Rusiya qazı olmadan yaşaya bilmərik”.
Bir gün əvvəl Ukraynanın Qaz Nəqliyyat Sistemi Operatorunun rəhbəri Dmitri Lippa bəyan edib ki, Ukrayna tərəfi avropalı tərəfdaşlar xahiş edərsə, Rusiyadan qazın nəqlini təmin etməyə davam etməyə hazırdır. Bir gün əvvəl analoji bəyanatla Ukraynanın baş naziri Denis Şmıqal çıxış edib.
Alpər